AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hakerlər illərdir Volkswagen-ə hücum edir

  • + A
  • - A
  • 22-04-2024, 07:08

    Hakerlər illərdir Volkswagen-ə hücum edir

    Hakerlər illərdir Almaniyanın avtomobil istehsalçısı Volkswagen-ə hücum edir. Bu barədə Almaniyanın Der Spiegel və ZDF nəşrləri şirkət sənədlərinə istinadən yazır.

    Onların məlumatına görə, 2010-2015-ci illər ərzində hakerlər bu şirkətdən müxtəlif texniki məlumatlar olan 19 minə qədər faylı oğurlayıblar. Bildirilir ki, hücum edənləri ilk növbədə daxili yanma mühərrikləri, sürət qutuları, transmissiyalar, eləcə də elektrik avtomobilləri sahəsindəki inkişaflar, onlar üçün akkumulyatorlar və s. kimi sahələrə aid sənədlər maraqlandırıb.

    Nəşrlər kibertəhlükəsizlik sahəsində ekspertlərə istinadən, həmçinin kibercinayətkarların ÇXR ilə əlaqəli ola biləcəyini yazır. Onlar deyirlər ki, dəlillərə Çin IP ünvanları, fərqli casus proqramlar və hakerlərin adətən Volkswagen-ə hücum etdiyi vaxt daxildir. Çinin Almaniyadakı səfirliyi bu iddiaları hədsiz adlandırıb və kibercasusluğun bütün formalarını pislədiyini bildirib.

    Bundan əvvəl ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey çinli hakerlərin ABŞ-ın kritik infrastrukturuna nüfuz etdiyini və hər an sarsıdıcı zərbə vurmağa hazır olduqlarını bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR