AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti açıqlandı

  • + A
  • - A
  • 23-04-2024, 15:20

    Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti açıqlandı

    Maliyyə Nazirliyindən Azadmedia.az-a verilən məlumata görə 2024-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 66,6 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1021,4 milyon manatın (əsas borc üzrə 850,0 milyon manat, faiz borcu üzrə 171,4 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,01 milyon manat), cəmi 1088,0 milyon manatın ödənilməsi təmin edilmişdir.

    Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2024-cü il 1 aprel tarixinə xarici dövlət borcu 5507,3 milyon ABŞ dolları ekvivalentinə bərabər olmuşdur.

    Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 2024-cü il 1 aprel tarixinə 16415,8 milyon manat təşkil etmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR