AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

  • + A
  • - A
  • 24-04-2024, 15:13

    Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq


    Aprelin 26-27-də ölkəmizdə “Bakı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi, Bakı Sağlamlıq Sərgisi” keçiriləcək. Türkiyə Palatalar və Birjalar Birliyinin, DEİK Səhiyyə İş Şurasının və Xidmət İxracatçıları Assosiasiyasının dəstəyi ilə ALZ International tərəfindən təşkil olunan sərgidə qardaş ölkənin qabaqcıl xəstəxanaları, klinikaları, termal müəssisələri və həkimləri iştirak edəcəklər.
    Sərgiyə gələn qonaqlar müxtəlif sahələrdən mütəxəssis həkimlərlə görüşəcək, müalicə ehtiyacları və estetik əməliyyatlar barədə məlumat alacaq, saç əkimi mütəxəssisləri ilə məsləhətləşə biləcəklər. Həmçinin diş müalicəsi və gülüş estetikasında ən son trendlərlə tanış olacaq, dünya səviyyəli ginekoloqlarla görüşə, SPA, reabilitasiya mərkəzlərini kəşf edə biləcəklər.
    Eyni zamanda Türkiyədə çox böyük inkişaf yolu keçmiş və yeniliklərin tətbiqi üzrə məşhur olan onkologiya sahəsində ixtisaslaşmış səhiyyə müəssisələri ilə tanış olmaq imkanı qazanacaqlar.
    Qeyd edək ki, "Baku Hilton" hotelində keçiriləcək sərgiyə 26 aprel cümə və 27 aprel şənbə günləri saat 11:00-dan 18:00-dək pulsuz daxil ola biləcəksiniz.
    Diqqətinzə onu da çatdıraq ki, dünya sağlamlıq turizminin parlayan ulduzu olan Türkiyəyə 2024-cü ildə müalicə üçün 2 milyondan çox əcnəbinin gəlməsi proqnozlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR