AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Aşurov: “Çox yaxın zamanda Qarabağ dünyada yeni bir turizm destinasiyası kimi tanınacaq”

  • + A
  • - A
  • 26-04-2024, 21:52

    Ceyhun Aşurov: “Çox yaxın zamanda Qarabağ dünyada yeni bir turizm destinasiyası kimi tanınacaq”


    “Dünyada elə ölkələr var ki, büdcəsinin 50 faizi tibbi turizmdən əldə etdiyi gəlirlə formalaşır”
    . Bu sözləri Bakıda keçirilən “Health tourism” Bakı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi çəcivəsində təşkil edilmiş konfransda “Smart” hotellər qrupunun rəhbəri Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, sağlamlıq turizminin inkişafı üçün ölkə iqtisadiyyatının güclü olması şərtdir: “İndi bir çox ölkələr daha az turist qəbul etməklə daha çox gəlir əldə etmək istiqamətində çalışır. Bu istiqamət sağlamlıq turizmini inkişaf etdirməkdir. Azərbaycan da bu istiqamətdə vacib addımlar atır. Ölkəmiz ötən il sağlamlıq turizmi məqsədilə gələn 70 min insanı qəbul edib. Hazırda Azərbaycanda 32 min həkim, 50 minə yaxın tibbi personal, 40 min çarpayı sayı var. Sağlamlıq turizminin inkişafı üçün ölkəmizin potensialı torpaqlarımız azad edildikdən sonra daha da artıb. Azərbaycanın termal qaynaqlarının 33 faizi Kəlbəcər və Laçında yerləşir. Çox yaxın zamanda Qarabağ dünyada yeni bir turizm destinasiyası kimi tanınacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR