Gəncə şəhəri, Avtozavod ərazisi kimi tanınan yeni yaşayış massivində köhnə qaz xətlərinin yenilənməsi işləri davam edir. Əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədilə 2000 metr uzunluğunda, diametri 100 mm-lik yeni qaz xətləri çəkilir. Cari ilin əvvəlindən işlərə strat verilib ki, bu zaman kəsiyində artıq 800 metr qaz xətti yenilənib.
SOCAR-ın “Azəriqaz” İB-nin həyata keçirdiyi təmir-bərpa işləri Samux rayonunda da davam edir. Qarabağlar kənd sakinlərinin fasiləsiz qaz təminatının yaxşılaşdırılması istiqamətində korroziyaya uğramış 1700 metr qaz xəttinin yenilənməsi prosesi həyata keçirilir. İşlər çərçivəsində metal borular polietilen borularla əvəzlənir.