AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji ehtiyatları verə bilər

  • + A
  • - A
  • 30-04-2024, 06:49

    Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji ehtiyatları verə bilər

    Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin energetika naziri vəzifəsini icra edən Vladimir Malinov ilə Azərbaycanın əlavə həcmdə enerji resurslarının Bolqarıstana çatdırılması imkanlarını müzakirə edib. Bu barədə diplomat sosial şəbəkədəki səhifəsində məlumat verib.

    Səfir vurğulayıb ki, Azərbaycandan təbii qazın Bolqarıstan vasitəsilə tədarükü və tranziti məsələləri müzakirə olunub.

    “SOCAR-ın Bolqarıstanın qazlaşdırılmasında iştirakı, yaşıl iqtisadiyyatın inkişafı vasitəsilə əlavə həcmdə enerji resurslarının tədarükü imkanları və Azərbaycanın yaşıl keçid strategiyası müzakirə edilib”, - nəşrdə deyilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR