Otel rəhbərliyi az qala 55 min lirə cərimə ödəməli olacaq. Araşdırma zamanı otelin qanunsuz olaraq qonaqdan əlavə 120 avro pul aldığı müəyyən edilib.
Antalyada yerləşən beşulduzlu “Limak Lara Deluxe” oteli qeyri-qanuni pul yığımına görə cərimə ödəməyə məcbur edilib. Bu barədə respublikanın Turizm Nazirliyinin rəhbəri məlumat verib.
“[Otel] şirkəti qonağın rezervasiyasını təsdiqlədikdən sonra “millət fərqi” bəhanəsi ilə haqsız yerə 120 avro fərq aldığı üçün 54,694 lirə (1,690 ABŞ dolları) inzibati cərimə kəsilib”.
– Mehmet Nuri Ersoy bildirib.
Otel rəhbərliyi bir müddət əvvəl Türkiyə vətəndaşından türk internet saytından deyil, xarici ölkədən otaq sifariş etdiyi üçün “millət fərqi” adlı rüsum olaraq əlavə 120 avro tələb etdiklərini bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.