AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2024-cü ildə İT sahəsinə qlobal xərclər 5 trilyon dolları keçəcək

  • + A
  • - A
  • 6-05-2024, 07:28

    2024-cü ildə İT sahəsinə qlobal xərclər 5 trilyon dolları keçəcək

    2024-cü ildə informasiya texnologiyalarına qlobal xərclər 5,06 trilyon dolları keçəcək. Azadmedia.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti ABŞ-ın “Gartner” tədqiqat şirkətinə istinadən məlumat yayıb.

    Ötən il İT sahəsinə qlobal xərclər 3,8% artaraq təxminən 4,7 trilyon dollar təşkil edib. Ekspertlərin fikrincə, bu il belə xərclər 8% artaraq 5,06 trilyon dollara çatacaq. Ən böyük payın 1,6 trilyon dollar məbləğində rabitə xidmətlərinə xərclənəcəyi gözlənilir. İkinci yerdə xərcləri 1,5 trilyon dollar təşkil edəcək İT xidmətləridir. Üçüncü yerdə 1 trilyon dollardan çox xərclənən proqram təminatıdır. İnformasiya texnologiyaları cihazlarına qlobal xərclər 688 milyard dollara qədər artacaq. Məlumat mərkəzlərinə edilən xərclər 260 milyard dollar təşkil edəcək.

    Əvvəllər bildirilirdi ki, Rusiya Sənaye və Ticarət Nazirliyi öz İT infrastrukturunda Rusiya həllərini tətbiq edəcək sənaye müştərilərinə dəstək verməyi planlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR