AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın turizm potensialı Dubayda nümayiş olunur

  • + A
  • - A
  • 8-05-2024, 14:27

    Azərbaycanın turizm potensialı Dubayda nümayiş olunur

    Azərbaycanın turizm potensialı Dubayda Dünya Ticarət Mərkəzində (DWTC) keçirilən “Arabian Travel Market -2024” (ATM) beynəlxalq turizm sərgisində nümayiş olunur. Bu barədə “Zakher Travel” şirkətinin rəhbəri Cəfər Qara bildirib. Onun sözlərinə görə, mayın 6-dan başlayıb 9-dək davam edəcək bu möhtəşəm tədbirdə 165 ölkədən 2300 şirkət və hotel iştirak edir. Dubay hökuməti builki sərgidə 41 000 ziyarətçinin olacağını proqnozlaşdırıb.
    Cəfər Qara qeyd edib ki, “Zakher Travel” olaraq Qırğızıstan və Türkiyə nümayəndə heyətinin stendində şirkət üçün ayrılan sahədə Azərbaycanın turizm potensialını təqdim edirlər. Bundan başqa, sərgidə Azərbaycanın da ayrıca stendi yer alıb.

    Qeyd edək ki, ATM-in builki buraxılışı onun ən böyüyüdür. 1994-cü ildə 300 sərgi iştirakçısı və 7000 ticarət ziyarətçisi ilə başlayan sərgi MICE-dən tutmuş istirahət və lüks qonaqpərvərlik və korporativ səyahətə qədər turizm sənayesinin bütün sahələrini əhatə edən qlobal platformaya çevrilib. Sərgi iştirakçılarının sayı bu il 26% artıb və bu bütün tədbir ekspozisiyasında müşahidə olunur.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR