AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Xidmətində Belarus Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüş keçirilib

  • + A
  • - A
  • 16-05-2024, 07:22

    Dövlət Xidmətində Belarus Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüş keçirilib

    Görüşdə keyfiyyət təminatı sahəsi üzrə birgə əməkdaşlıq layihələri, qurumlararası elmi-texniki təcrübə mübadiləsi imkanları müzakirə edilib.
    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Belarus Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsinin (Госстандарт РБ) sədri Yelena Morqunovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
    Görüşdə Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov qurumun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlərdən söz açaraq, ölkəmizin keyfiyyət infrastrukturu sahəsində görülən işlər, o cümlədən standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verib. Həmçinin, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində texniki tənzimləmə sahəsi üzrə normativ hüquqi bazanın yaradılması, aidiyyəti dövlət orqanları tərəfindən milli texniki reqlamentlərin və istinad standartlarının hazırlanması ilə bağlı mövcud vəziyyət diqqətə çatdırılıb.
    Bildirilib ki, ölkədə müasir tələblərə uyğun yaradılan texniki tənzimləmə sistemi ixrac potensialının artırılması, istehlak bazarlarının təhlükəli mallardan qorunması və sağlam rəqabət mühitinin inkişafına töhfə verəcək.
    Belarus Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Yelena Morqunova keyfiyyət sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsi məqsədilə idarəetmə sistemləri üzrə qiymətləndirmə sənədlərinin qarşılıqlı tanınmasının vacibliyini vurğulayıb. İnsanların həyatı və sağlamlığı, həmçinin ətraf mühitin mühafizəsi üçün təhlükəsiz məhsulların istehsalında elmi-texniki əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
    Sonda tərəflər standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində qurumlararası layihələr, ixtisasartırma proqramlarının təşkili və təcrübə mübadiləsinə dair ortaq maraq kəsb edən məsələlərə dair müzakirələr aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR