AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keyfiyyət infrastrukturunun inkişafının təmin edilməsi rəqabətə öz təsirini göstərir

  • + A
  • - A
  • 20-05-2024, 11:45

    Keyfiyyət infrastrukturunun inkişafının təmin edilməsi rəqabətə öz təsirini göstərir


    “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-in reallaşdırılması istiqamətində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir. Bu prosesdə keyfiyyət sahəsinin tənzimlənməsi və inkişafı da mühüm rol oynayır.
    Azadmedia.az xəbər verir ki, bu sözləri 20 may - Ümumdünya Metrologiya Gününə həsr edilən tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışı zamanı deyib.
    Keyfiyyət infrastrukturunun iqtisadi inkişafda rolundan danışan Xidmət rəisi bildirib ki, keyfiyyət infrastrukturunun inkişafının təmin edilməsi ilk növbədə rəqabətə öz təsirini göstərir:
    "Bazarda məhsul və xidmətlər üzrə rəqabətin əsas ölçü vahidinin qiymət deyil, qiymətlə keyfiyyətin mütənasibliyi istehlakçıları daha keyfiyyətli, müxtəlif çeşidlərdə və innovativ məhsullarla təmin etmə imkanı yaradır, iqtisadi səmərəliliyin artırılmasına müsbət təsir göstərir.
    Hazırda keyfiyyət infrastrukturu istehsalçıların, sahibkarların, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrilib, bu sahəyə aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən istifadənin sürətlə genişləndiyini qeyd edə bilərik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR