Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsas məqsədi güclü və dayanıqlı rəqabət mühiti formalaşdıraraq sahibkar-istehlakçı münasibətlərini tənzimləmək, əhaliyə keyfiyyətli məhsul və xidmətlərin təqdim olunmasını təmin etmək, inhisarçılığın qarşısını almaq və fəaliyyət istiqamətləri üzrə şəffaflığı və operativliyi təmin etməklə ölkə iqtisadiyyatının gücləndirilməsidir.
Azadmedia.az xəbər verir ki, bu sözləri Ümumdünya Metrologiya Gününə həsr edilən tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışı zamanı deyib.
M. Abbasbəyli qeyd edib ki, xidmətin fəaliyyət istiqamətlərinə metroloji nəzarət daxildir. Dövlət metroloji nəzarətin əsas məqsədi iqtisadiyyatın müxtəlif sektorlarında aparılan ölçmələrin qeyri-dəqiq nəticələrinin insanların həyatı və sağlamlığına, dövlətin iqtisadi maraqlarına təhlükə ehtimallarının minimuma endirilməsindən ibarətdir.
Xatırladaq ki, Keyfiyyət infrastrukturunun formalaşdırılması istiqamətində Dövlət Xidmətinin tabeliyində AZMİ, AZSTAND, AZAK və İMEM fəaliyyət göstərirlər.
Dövlət Xidmətinin tabeliyində olan qurumlar vasitəsilə ölçmələrin vəhdətinin təmin edilməsi, yüksək dəqiqlik sinfinə malik olan kəmiyyət vahidi etalonlarının və ölçmə vasitələrinin kalibrlənməsi, həmçinin ölkədə istehsal olunan və ya idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının, tikinti materiallarının və s. sınaqlarının aparılması akkreditasiya və standartlaşdırma işləri həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.