AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xidmət rəisi metrologiya sahəsinin önəmi və bu istiqamətdə atılan addımlardan danışdı

  • + A
  • - A
  • 20-05-2024, 12:03

    Xidmət rəisi metrologiya sahəsinin önəmi və bu istiqamətdə atılan addımlardan danışdı


    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun təşkilatçılığı ilə "Milli Metrologiya Forumu" forumu keçirilir. Forumda çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ölkəmizdə keyfiyyət infrastrukturunun vacib ünsürü kimi metroloji xidmətlərin əldə edilməsinin biznes mühiti üçün çox vacib olduğunu qeyd edib.
    Xidmət rəisi vurğulayıb ki, AR Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “2022-2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyası”nın Tədbirlər Planında AzMİ-də dövrün sonuna yeni yaradılan laboratoriyaların sayının 20-yə çatdırılması nəzərdə tutulub.
    Beynəlxalq təcrübənin öyrənilməsi və yeniliklərin tətbiq olunması istiqamətində Azərbaycan Metrologiya İnstitutu ilə Türkiyə, Almaniya, Çexiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və bir sıra digər ölkələrin metrologiya sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlıq əlaqələri formalaşdırılmışdır.
    M.Abbasbəyli diqqətə çatdırıb ki, Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində TÜBİTAK UME ilə aparılan danışıqların nəticəsi olaraq ölkəmizdə birinci mərhələdə inşaat, nəqliyyat, hərbi sənaye, səhiyyə və istehsal sahələrinə xidmət edəcək 12 milli etalon laboratoriyaların yaradılması məqsədəmüvafiq hesab edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR