AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA

  • + A
  • - A
  • 21-05-2024, 07:34

    QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA

    SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz xətlərinin istismarı zamanı yaranmış çatışmazlıqların aradan qaldırılması ilə bağlı mütəmadi olaraq qaz xətləri hava təzyiqi altında kipliyə və möhkəmliyə qarşı yoxlanılır. Adətən payız-qış mövsümündə qaz təzyiqi təlabata uyğun olaraq artırılan zaman Birliyin Regional qaz istismarı İdarələrinin apardığı ən vacib tədbirlərdən biri qaz xətlərinin kipliyə və möhkəmliyə qarşı yoxlanılmasıdır. Bəzən fərdi evlərdə istilik sisteminin çəkilişi zamanı vətəndaş ehtiyatsızlığı nəticəsində su xətti qaz xəttinə qoşulur. Eyni zamanda müəyyən qazıntı işləri zamanı qaz xətləri zədələnir, nəticədə həmin borulara qrunt və yağış suları dolur. Qaz xəttinə daxil olan su kütləsi qaz təchizatında böyük problemlərə gətirib çıxarır. Belə olduqda “Azəriqaz” İB-nin əməkdaşları qaz təchizatını müvəqqəti dayandıraraq kompressorlar vasitəsilə kəmərlərə müəyyən atmosfer gücündə yüksək təzyiqli hava vurur. Bu, alternativi olmayan standart prosedurdur. Təəssüflər olsun ki, bu hal bəzi sosial şəbəkə istifadəçiləri üçün manipulyasiya mənbəyi kimi istifadə olunur. Bəziləri hesab edir ki, qaz xətlərinə hava vurulması artıq sərfiyyata hesablanır. Həqiqəti isə mütəxəssislər söyləyəcək:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR