“Rusiya Dəmir Yolları”nın əməkdaşları Ermənistanda daşqın nəticəsində zədələnmiş dəmir yollarının bərpası üçün işə başlayıb. Bu barədə TASS məlumat yayıb.
Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyevin verdiyi məlumata görə, Rusiya Dəmir Yollarının mütəxəssisləri respublikanın Lori və Tavuş vilayətlərində Ermənistan daxilində və Ermənistanla Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası üçün operativ şəkildə işə başlayıblar. Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla razılıq əldə olunub.
İşlər Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.
"Moskva qısa müddətdə respublikanın xarici dünya ilə əlaqəsini bərpa etmək üçün hər şeyi edəcək", - mətbuat katibi qeyd edib.
Mayın 26-da Ermənistanın şimalında Debed çayının məcrasından çıxması səbəbindən daşqın baş verib. On kilometrlərlə yol, körpü və dəmir yolu infrastrukturuna ziyan dəyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.