AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni qatarlarda fiziki məhdudiyyətli sərnişinlər nəzərə alınıb

  • + A
  • - A
  • 12-06-2024, 10:42

    Yeni qatarlarda  fiziki məhdudiyyətli sərnişinlər nəzərə alınıb


    Xəbər verdiyimiz kimi 2019-cu ildə ADY tərəfindən müqavilə əsasında alınmış FLIRT tipli 10 müasir qatardan dördü artıq ölkəmizdədir və test yürüşlərini tamamlayıb.
    Yeni qatarlarda fiziki məhdudiyyətli sərnişinlər üçün hansı yeniliklər var? - sorğumuza cavab olaraq qurumdan Azadmedia.az-a bildirdilər ki,
    sərnişindaşımada hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. Yeni qatarlarda da fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur.

    Belə ki, istər oturacaqlarda nömrələmə sistemi, istərsə də digər məlumat lövhələrində yazılar brayl əlifbasında da təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü və aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR