AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçında “Aİ-92” markalı yanacaq limitlə satılır - SƏBƏB

  • + A
  • - A
  • 18-06-2024, 13:02

    Laçında “Aİ-92” markalı yanacaq limitlə satılır - SƏBƏB

    Laçında SOCAR yanacaqdoldurma məntəqəsində 92 benzin maksimum 10 litr verilir, amma premium limitsizdir. Azadmedia.az xəbər verir ki, bu problemi ailəsi ilə Şuşa-Laçın səfərinə gedən jurnalist Zaur Əhməd sosial media hesabında yazıb və "A-92" markalı yanacağın limitlə satışənın səbəbini axtarıb. Rəylərdə hazırda Laçında olan avtomobil sahibləri də faktı təsdiqləyib.
    Məsələ ilə əlaqədar SOCAR PETROLEUM QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq Rza bildirib ki, sözügedən yanacaqdoldurma məsafənin uzaq olması səbəbindən dünən gecə saatlarında Laçına yanacaq çatdırılmasında müvəqqəti çətinlik yaranıb. Bu səbəbdən həmin mobil tipli yanacaqdoldurma stansiyasında mövcud “Aİ-92” markalı yanacağın müəyyən saatlarla limitlə satışı həyata keçirilib ki, gələn avtomobillərin heç biri çətin vəziyyətdə qalmasın.
    Afaq xanımın sözlərinə görə məsələ artıq həllini tapıb, Laçına yanacaq çatdırılıb. Sürücülər yaxınlaşıb istədikləri qədər yanacaq ala bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR