BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru ilə görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersonla görüşüb.
Ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları, o cümlədən Ətraf Mühit Proqramı ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, həmçinin ekoloji baxımdan əlverişli “yaşıl” texnologiyaların tətbiqi və “yaşıl” iqtisadiyyata keçidlə bağlı ölkəmizdə görülən işlər haqqında məlumat verilib. Bu məsələlərin Azərbaycanın Milli Prioritetlərindən biri ilə bağlı olduğu qeyd edilib. Eyni zamanda, bu il Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində görülən işlər diqqətə çatdırılıb.
Görüşdə bu ilin Azərbaycanda alternativ enerjiyə keçid sahəsində görülən işlər təqdir olunub, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin bu sahədə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.
Tərəflər BMT-nin Ətraf Mühit Proqramı ilə əməkdaşlığın genişləndirilməsi, ölkəmizin Ətraf Mühit Proqramının maliyyə və “Qlobal soyutma” təşəbbüslərinə qoşulması imkanları, COP29-a hazırlıq çərçivəsində əməkdaşlıq barəsində fikir mübadiləsi aparıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.