AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Beynəlxalq Zeytun Şurasının plenar iclasında təmsil olunub

  • + A
  • - A
  • 28-06-2024, 14:48

    Azərbaycan Beynəlxalq Zeytun Şurasının plenar iclasında təmsil olunub


    Tədbirdə qarşıdakı dövr ərzində təşkilat qarşısında duran əsas məsələlər müzakirə edilib, üzv ölkələrin zeytun istehsalı ilə bağlı hesabatları dinlənilib, Azərbaycanın dövlət bayrağı Şuranın mənzil-qərargahı qarşısında qaldırılıb.
    Madriddə Beynəlxalq Zeytun Şurasının (IOC) 119-cu sessiyasının plenar iclası keçirilib. Azərbaycan IOC-un tamhüquqlu üzvü qismində Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənovun başçılıq etdiyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən ibarət heyətlə sözügedən tədbirdə iştirak edib.
    Səfir Ramiz Həsənov ölkəmizin Beynəlxalq Zeytun Şurasına üzvlüyünün Azərbaycanın iqtisadiyyatı və kənd təsərrüfatı sektoru üçün yaratdığı imkanlardan söz açıb, bu üzvlüyün ölkəmiz üçün müsbət nəticələr gətirməklə zeytun sənayesinin davamlı inkişafına töhfə verəcəyini, eləcə də qlobal zeytun bazarında Azərbaycanın mövqeyini daha da yüksəldəcəyini bildirib.
    AZPROMO-nun nümayəndəsi çıxışında Azərbaycanda zeytunçuluq sahəsinin potensialından, Azərbaycanın təşkilata üzv olmasının ölkə iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı üçün verəcəyi töhfə haqqında danışıb.
    Budəfəki sessiya çərçivəsində həmçinin Azərbaycanın dövlət bayrağının təşkilatın mənzil qərargahı qarşısında qaldırılması mərasimi təşkil olunub. Mərasimdə IOC üzv ölkələrinin nümayəndələri, təşkilatın katibliyinin əməkdaşları, Madriddəki diplomatik korpus üzvləri iştirak edib.
    Qeyd: 1959-cu ildə yaradılan IOC-un üzvləri sırasına Albaniya, Argentina, Azərbaycan, Avropa İttifaqı ölkələri, Əlcəzair, Bosniya və Herseqovina, Misir, Gürcüstan, İran, İordaniya, Livan, Liviya, Monteneqro, Mərakeş, Fələstin, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə, Uruqvay və Özbəkistan daxildir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR