İlk yük qatarı Orta Dəhlizdən yeni marşrutla Türkiyəyə yola düşüb. Yük 110 konteynerdən ibarətdir. Qatar Çindən başlayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, ilk yük qatarı Orta Dəhliz vasitəsilə Türkiyəyə yeni marşrutla yola düşüb.
Qatar Çinin Nankin şəhərindən yola düşüb və Orta Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan marşrutu ilə İstanbula çatacaq.
Qeyd olunur ki, 110 konteynerdən ibarət nəqliyyat vasitəsi ilə Türkiyəyə məişət texnikası və gündəlik tələbat malları çatdırılıb.
AZD əlavə edib ki, hazırda Çin və Avropa arasında yükdaşımalar Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dənizdən keçməklə bir neçə istiqamətdə həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.