AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"BakuBus"a 4 yeni marşrut xəttinin istismarı həvalə edildi

  • + A
  • - A
  • 3-07-2024, 13:18

    "BakuBus"a  4 yeni marşrut xəttinin istismarı həvalə edildi

    "BakuBus" sərnişindaşıma xidmətinin əhatə dairəsini genişləndirməkdə davam edir. İctimai nəqliyyata əlçatanlılığın artırılması məqsədilə tənzimləyici qurum olan AYNA-nın keçirdiyi müsabiqələrdə qalib olan 'BakuBus"a daha 4 marşrut xəttinin istismarı həvalə edilmişdir.
    Hövsan qəsəbəsini (MİDA) “28 May” metro stansiyası və “Əhmədli” metro stansiyası ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar sərnişinlərin istifadəsinə verilib.
    Sürətli sərnişin daşınmasını təmin edəcək 121E ( gediş haqqı 0.70 azn) və 140E ( gediş haqqı 0.80 azn) nömrəli ekspres marşrutlar saat 06:30 – 21:00-dək fəaliyyət göstərəcək və yalnız marşrut üzrə əvvəlcədən müəyyən edilmiş dayanacaq məntəqələrində dayanacaq. Bu da sərnişinlərin daha qısa vaxt ərzində təyinat məntəqəsinə çatmasına şərait yaradacaq.
    Bundan əlavə, “28 May” metro stansiyasını Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli müntəzəm marşrutun istismarı da bundan sonra müsabiqədə qalib gələn "BakuBus" tərəfindən həyata keçiriləcəkdir.
    Qeyd edilən marşrutlar üzrə müasir və ekoloji təmiz nəqliyyat vasitələri sərnişinlərə xidmət göstərəcək.
    Sərnişinlərimizə uğurlu yol arzulayırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR