40-a yaxın hoteldə uyğunsuzluqlar aşkarlanıb. Həmin hotellərdə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxt verilib və yenidən audit olunacaqlar.
Azadmedia.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
DTA rəhbərinin bildirdiyinə görə bu prosesdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsi davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.