“Müğənnilər mahnıların sözlərinə görə həbs oluna bilər? – Hüquqşünas açıqladı – VİDEOLAR

Son günlər yeni bəstələnən mahnıların sözləri və musiqisi tez-tez müzakirə olunur. Musiqilərin bayağı və ya hind, fars ritmləri üzərində olması tənqid edilir. Gənclər arasında geniş yayılan və sevilən musiqili meyxanaların sözlərinin isə insanlara pis vərdişlər aşılaması gündəmdən düşmür Son olaraq, “Kazbek” mahnısı narkotik vasitələri təbliğ etdiyi üçün rezonans doğurub.
Səsləndirilən tənqidi fikirlərdən sonra mahnının ifaçısı “Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayev Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.
V.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edilib.
Bu gün isə Sumqayıt Şəhər Məhkəməsində Abdullayevin işinə baxılıb. Məhkəmə V.Abdullayevin 30 sutka müddətində inzibati qaydada həbs edilməsinə qərar verib.
Oxşar hadisə ötən ilin sonlarında Türkiyədə baş verib. “Mary Jane” adlı mahnının ifaçısı Burry Soprano narkotik maddələri təbliğ etməkdə ittiham olunaraq, həbs edilib. Çünki jarqon dilində “Mary Jane” narkotik maddələrə deyilir.
Uzun illər müğənnilər əsasən siyasi motivli mahnılara görə təzyiqlərə məruz qalıblar. Bəs, qanunvericilik nə deyir? Mahnı sözünə görə şair, müğənni həbs oluna bilərmi?

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.