AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

22 ildir “Çakır”ın anım gününü qeyd edirlər

  • + A
  • - A
  • 8-04-2026, 20:00

    22 ildir “Çakır”ın anım gününü qeyd edirlər

    Türkiyə televiziya tarixinin ən ikonik personajlarından biri, “Kurtlar Vadisi” serialının unudulmaz qəhrəmanı Süleyman Çakırın ölümündən 22 il ötür.

    2004-cü ildə yayımlanan serialın 45-ci bölümündə sui-qəsd nəticəsində həyatını itirən obraz illər keçsə də, tamaşaçıların yaddaşından silinmir.

    Hər il olduğu kimi, bu il də aprelin 8-i sosial şəbəkələrdə yenidən “Süleyman Çakırı anma günü” kimi qeyd olunur.

    Qeyd edək ki, tanınmış aktyor Oktay Kaynarca tərəfindən canlandırılan obrazın ölümü vaxtilə Türkiyədə o qədər böyük rezonans doğurmuşdu ki, bəzi şəhərlərdə onun üçün cənazə namazları qılınmış, qəzetlərdə nekroloqlar dərc edilmişdi.

    Məlumat üçün bildirək ki, Süleyman Çakır obrazı bu günə qədər real bir şəxsiyyət kimi qəbul edilən nadir personajlardan biri olaraq qalır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR