AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şəbnəm məndən 102-yə şikayət edib”

  • + A
  • - A
  • 4-07-2019, 13:07

    “Şəbnəm məndən 102-yə şikayət edib”

    Müğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Qəhrəmanova ilə bağlı polisə müraciət edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ş. Qəhrəmanova “5-də 5” proqramına qonaq olarkən deyib.

    O, Ş. Tapdıq tərəfindən məhkəməyə verildiyini, daha sonra həmkarının 102-yə zəng vuraraq ondan şikayətçi olduğunu qeyd edib: “Mənim evimi yıxdı. Mənə deyir ki, adını dəyiş. Mən bunu necə edə bilərəm? Zarafat etmirəm, məndən polisə şikayətçi olub ki, adını dəyişsin”.

    Qeyd edək ki, Şəbnəm Tapdıq dəfələrlə məşhur olan adaşlarına xəbərdarlıq edərək adlarını dəyişdirməyi tələb edib. Hətta, bu məsələ ilə bağlı bir neçə dəfə qalmaqal yaşayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR