AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mətanət Əsədova ilə falçının gizli görüntüləri yayıldı – VİDEO

  • + A
  • - A
  • 19-08-2019, 13:51

    Mətanət Əsədova ilə falçının gizli görüntüləri yayıldı – VİDEO

    Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib.

    “Minval.info” xəbər verir ki, görüntülərdə Məmmədsəfanı döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanı isə onun ayaqları altında bardaş qurduğu görülür. Falçı hətta Mətnətdən onun üçün oxumasını istəyir:

    “Min dərd var, məndə min beş yüz dərman var. Bir dəfə də oxu, get! Orada, o o…ların yanında (Mətanət Əsədovanın içki içərək oxuduğu videodan bəhs edir – Red) necə oxuyurdun, mənimçün də elə oxu”.

    Minval.info xatırladır ki, Lerik rayonunun Kaqoy kəndində özünü “ikinci allah” adlandıran Məmmədsəfa adlı bu şəxs haqqında mətbuatda həddən artıq məlumat var. Bu şəxsin fırıldaqçı olması, məşhur müğənnilərin, hətta məmurların, deputatların onun yanına getməsi haqqında iddialar çoxdur. Mətanət Əsədova kimi xalq artisti Rəmiş, teleaparıcı Ülvira Qarayeva, meyxanaçı Namiq Qaraçuxurlu, əməkdar artist Elnarə Abdullayeva və müğənni Əlikram Bayramov sözügedən cindarın daimi müştəriləridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR