AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elnarə Abdullayevanın gəlinlərlə bağlı bu sözləri səs-küyə səbəb oldu — VİDEO

  • + A
  • - A
  • 21-10-2019, 10:14

    Elnarə Abdullayevanın gəlinlərlə bağlı bu sözləri səs-küyə səbəb oldu — VİDEO

    "Gəlib qayınananın, qayınatanın sözünə baxmayacaqsansa, sənə verilən bu evdə rahat otura bilməyəcəksənsə, çıx get. Əgər qayınananın sözünü yeyə bilmirsənsə, qayınatanın sözünü həzm edə bilmirsənsə, götür şələ-şüləvi çıx get".
    Baku.ws xəbər verir ki, bu sözləri Azərbaycanın əməkdar artisti, müğənni Elnarə Abdullayeva ATV-də yayımlanan "Gündən günə" verilişində deyib.

    Xanım müğənni bu vəziyyətlə razılaşmadığını söyləyib:

    "Mən ev almışamki sən gəlib mənim günümü qara edəsən? Mən bununla razılaşmıram. Sən gəlməmisən mənim evimi, ocağımı dağıt-duğut etməyə. Gəlin qayınana və qayınata ilə bir evdə yaşayırsa, orada sözsüz ki, qayınana və qayınatanın sözü keçir".
    Qeyd edək ki, müğənninin bu sözləri sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Onun fikri ilə razı olanlar olsa da, bu fikri sərt şəkildə tənqid edənlər də az olmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR