AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Roza Zərgərli: “Nuranı ulduz saymıram, Elza ilə barışmaram” - VİDEO

  • + A
  • - A
  • 21-06-2020, 12:20

    Roza Zərgərli: “Nuranı ulduz saymıram, Elza ilə barışmaram” - VİDEO


    Qalmaqallı açıqlamaları ilə şou əhlinin yuxularını qarışdıran məşhur müğənni Roza Zərgərli sənət yoldaşları barədə səsləndirdiyi növbəti fikirləri ilə gündəmi alt-üst edib.

    AzadMedia.az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” proqramında qonaq olan sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.

    Zərfdən çıxan “Mənə söz atdı, gündəmə gəldi” sözlərinə cavab olaraq, Roza monitorda fotosu əks olunan Əməkdar artist Mətanət İsgəndərlinin adını çəkərək, fikirlərini belə davam edib:

    “Mətanət dostumdur. Bu sözləri ona aid etmək istəyirəm. Çünki növbəti zərfdə daha ağır sözlər ola bilər”.

    Növbəti zərfdə yazılan “Onu ulduz hesab etmirəm” ifadəsini şərh edən Zərgərli uzun illərdir aralarında qalmaqal yaşanan həmkarı Nura Surinin adını çəkib:

    “Nura ilə mən qoç bürcündənik. İki qoçun başı bir qazanda qaynamaz”.

    Şou-biznesin “Qara dama”sı adlandırılan Roza zərfdən çıxan “O mənim qara siyahımdadır” sözlərini isə sənət yoldaşı Əməkdar artist Abbas Bağırova ünvanlayıb.

    “Xarakteri zəifdir” sözlərini isə R.Zərgərli aylar öncə aralarında söz-söhbət yaşanan meyxanaçı Namiq Qaraçuxurluya aid edib.

    Zərfləri bir-bir açıb içindən çıxan sözləri şillə kimi həmkarlarının üzünə vuran Roza maqazin proqramlarının birində söz savaşına çıxdığı Əməkdar artist Elza Seyidcahanın monitorda fotosunu görər-görməz onunla barışmayacağını dilə gətirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR