AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nura Suri karantini pozduğu üçün cərimələndi - RƏSMİ

  • + A
  • - A
  • 14-07-2020, 21:40

    Nura Suri karantini pozduğu üçün cərimələndi - RƏSMİ
    İyulun 14-də Qusar-Quba yolunda xidmətdə olan polis əməkdaşları “Porsche Cayenne” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

    Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, sürücü, Bakı şəhər sakini Aynurə Surinin (Nura Suri) və sərnişini Bakı şəhər sakini Təranə Axundovanın təqdim etdikləri sənədlər yoxlanılarkən onların xüsusi karantin reyimi dövründə verilən icazədən sui-istifadə etmələri müəyyən edilib. Belə ki, A.Suri və T.Axundova 16 gün – iyun ayının 28-dən iyul ayının 14-nə kimi Qusar rayonu ərazisindəki istirahət mərkəzində istirahətdə olublar. Ona görə hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Protokol tərtib olunaraq hər biri 200 manat məbləğində cərimə olunublar.

    Qeyd edək ki, Aynurə Suri (Nura Suri) müğənnidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR