AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rövşanə buna görə işdən çıxarıldı – ARB açıqladı

  • + A
  • - A
  • 18-08-2020, 18:00

    Rövşanə buna görə işdən çıxarıldı – ARB açıqladı

    Hazırda yeni mövsümə hazırlıqlar gedir. Kimin hansı proyektdə olması və hansı layihələrin, aparıcıların olacağı barədə hələlik məlumat vermirik.

    Bunu Kult.az-a tanınmış aparıcı Rövşanə Ağasəfqızının işdən azad edilməsi barədə yayılan xəbərlərə münasibət bildirən ARB Media Qrupunun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib. O bildirib ki, hər şey qaydasına qoyulduqdan sonra bununla bağlı mətbuata geniş açıqlama veriləcək:

    “Hazırda layihələr üzərində çalışırıq və onlara adaptasiya olmuşuq. Yeni aparıcılarımız və yeni layihələrimiz olacaq. Kimin hansı verilişi aparacağı və yeni əməkdaşlarımız barədə yeni mövsümə yaxın ətraflı məlumat verəcəyik”.

    Qeyd edək ki, ARB telekanalının tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı ilə yollarını ayırması barədə məlumat yayılıb. R.Ağasəfqızı Nyus24.az saytına açıqlamasında işdən çıxarılmasının səbəbini bilmədiyini, onunla bərabər daha bir neçə aparıcının işdən kənarlaşdığını deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR