AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan mahnısı "O Ses Türkiye"də anonim kimi göstərildi: Yıldız Tilbe düzəliş etdi - VİDEO

  • + A
  • - A
  • 13-11-2017, 10:41

    Azərbaycan mahnısı "O Ses Türkiye"də anonim kimi göstərildi: Yıldız Tilbe düzəliş etdi - VİDEO














    Ötən axşam "O Ses Türkiye" mahnı müsabiqəsinin növbəti buraxılışı yayımlanıb.

    Milli.Az xəbər verir ki, Oğuzhan Özdemir adlı iştirakçı bağlamada "Yandırdın qəlbimi aman" adlı Azərbaycan xalq mahnısı ilə münsiflərin önündə çıxış edib. O, Gökhan və Yıldız Tilbeni özünə tərəf döndərməyi bacarıb. Lakin mahnı "anonim" olaraq qeyd edilib.

    Gökhan "Bu əsər ilk dəfə çalındı burada, düzdürmü, Tarık usta?" deyə soruşub. Orkestrin rəhbəri Gökhanın sözlərini başı ilə təsdiq edib.

    Yarışın ən zarafatcıl münsifi mahnının kimə aid olduğunu soruşduqda isə iştirakçı "Bir çox sənətçidən dinlədim, amma kimə aid olduğunu mən də dəqiq bilmirəm" deyib. Yıldız Tilbe bu mahnının Azərbaycan mahnısı olduğunu bildirərək, düzəliş edib.

    Həmin kadrları təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR