AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elnarə də Röyaya "müharibə" elan etdi: "Ayıbdır vallah..." - FOTO

  • + A
  • - A
  • 13-12-2017, 12:17

    Elnarə də Röyaya "müharibə" elan etdi: "Ayıbdır vallah..." - FOTO














    "Altın kelebek" mükafatı Türkiyədən çox Azərbaycanda səs-küy yaradıb.

    Day.Az xəbər verir ki, Nigar Camalın yanında olarkən əməkdar artist Röya Ayxanı təbrik etməməsi ilə başlayan müzakirə instaqramda kəllə-çarxa çıxıb. Nigarı ikiüzlülükdə günahlandıran Röya sözarası ötən həftələrdə onun Türkiyədəki fəaliyyətini kiçiltməyə çalışan İradəyə də söz atmağı unutmayıb.

    Onun bu hərəkətinə təbii ki, İradə də reaksiyasız qalmayıb, o da sözlərini elə instaqramdan yazıb. Bütün bunları kənardan izləyən "W-trio"nun keçmiş üzvü Elnarə Xəlilova da qonşudan "qalma dala" prinsipini əldə tutaraq İradəyə dəstək verib və sözlərini belə ifadə edib:

    "Ayıbdır vallah. Gərək elə özümüzü biabır edək? Sadəcə deməyə söz tapmıram. Əslində hər şeyi özün aydın yazmısan..." (publika.az)

    Elnarə də Röyaya "müharibə" elan etdi: "Ayıbdır vallah..." - FOTO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR