AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ülviyyə Alovlu axtarışa verilməmişdən öncə onun haqqında məcburi gətirilmə qərarı çıxarılıbmış

  • + A
  • - A
  • 17-05-2023, 16:48

    Ülviyyə Alovlu axtarışa verilməmişdən öncə onun haqqında məcburi gətirilmə qərarı çıxarılıbmış

    Ülviyyə Alovlu axtarışa verilməmişdən öncə onun haqqında məcburi gətirilmə qərarı çıxarılıbmış…

    İctimai fəal Bəxtiyar Hacıyevin həbsində rəsmi səbəbkar olan, o işdə zərərçəkmiş qismində tanınan jurnalist Ülviyyə Muradovanın (Alovlu) özü də hazırda başqa bir işdə onunla eyni statusdadır – təqsirləndirilən şəxsdir. Üstəlik, məhkəmə onun haqqında axtarış qərarı çıxarıb. Bu barədə Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayev qərar verib.

    Bu hakim uzun müddətdir ki, Ülviyyə Alovlu ilə Xalq artisti Flora Kərimova arasındakı məhkəmə işini araşdırır. Müğənni ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edib. İddiaya öncə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayeva baxıb, sonradan aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilib.

    İddia icraata götürülüb, Ülviyyə Alovlu təqsirləndirilən şəxs qismində tanınıb.

    Bir ilə yaxındır davam edən məhkəmə çəkişməsinə səbəb isə Flora Kərimovanın o ərəfədə videosu yayılan üç qız barədə səsləndirdiyi fikirlərə Ülviyyə Alovlunun verdiyi cavab olub.

    Flora Kərimova üç qızın videosuna belə reaksiya verib: “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin qadının” budur? Sənin kişin budur? Sənin qeyrətin, namusun budur?”
    Onun dediklərinə Ülviyyə Alovlunun cavabı isə belə olub:

    “Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” deyə fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda, hamam vannasına uzanaraq, kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad?!”.

    Ülviyyə Alovlu təqsirləndirilən şəxs olduğuna görə öz işi üzrə bütün məhkəmə iclaslarında iştirak etməyə borcludur.

    Binəqədi Rayon Məhkəməsindən Meydan TV-yə bildirilib ki, o, bir neçə iclasdır ki, məhkəməyə gəlmirdi. Bu səbəbdən hakim onun axtarışa verilməsi barədə qərar çıxarıb.

    “Uzun müddətdir ki, o, məhkəməyə gəlməkdən boyun qaçırır. Hətta hakim onun haqqında bir neçə dəfə məcburi gətirilmə qərarı çıxarıb. Qərarın icrası daxili işlər orqanlarına həvalə olunub. Sonuncu dəfə məcburi gətirilmə qərarı apreldə çıxarılmışdı. Yenə də nəticəsiz qaldı. Ona görə bu dəfə artıq onun haqqında axtarış elan olunmasına dair qərar çıxarılıb”, – məhkəmədəki mənbə bildirib.
    Ülviyyə Alovlunun ittiham olunduğu Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində alternativ cəzalarla yanaşı, 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
    Meydan tv


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR