AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Avroviziya-2024”də ölkəmizi təmsil edəcək ifaçı və mahnının seçiminə başlanılır

  • + A
  • - A
  • 14-07-2023, 21:40

    “Avroviziya-2024”də ölkəmizi təmsil edəcək ifaçı və mahnının seçiminə başlanılır


    “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayır.

    Bu barədə İTV məlumat yayıb.

    Seçimlərdə iştirak etmək istəyən ifaçılar mahnıları ilə birgə öz müraciətlərini sentyabr ayının 30-na qədər song@eurovision.az elektron ünvanına göndərə bilərlər.

    Müraciətin qəbul olunması üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:

    • göndərilən mahnılar MP3 192 kbps formatında və aranjiman edilmiş olmalıdır;
    Ətraflı

    • iştirakçının qısa tərcümeyi-halı, fotoşəkli və mahnının müəllifləri haqqında məlumat təqdim edilməlidir;

    • Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır;
    • mahnı 2023-cü il sentyabrın 1-dək kommersiya məqsədilə hər hansı ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə), həmçinin, musiqi platformalarında yerləşdirilməməlidir.

    Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı sayılmayacaq.

    Kanal seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.

    Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində baş tutacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR