AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda düyünün içindən 3 milyon pul çıxdı – FOTO

  • + A
  • - A
  • 24-04-2019, 12:19

    Azərbaycanda düyünün içindən 3 milyon pul çıxdı – FOTO














    Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun nəzarət zonasına daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi “Toyota Camry” markalı avtomobilə baxış keçirilib.

    Baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan karton qutudakı şüşə bankaların arasına yerləşdirilən düyü çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 3 milyon Rusiya rublu aşkarlanıb.

    Azərbaycanda düyünün içindən 3 milyon pul çıxdı – FOTO
    Azərbaycanda düyünün içindən 3 milyon pul çıxdı – FOTO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR