AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KÖP nə zaman təhlükəli xəstəliyə işarə edir? Bu simptomlara DİQQƏT

  • + A
  • - A
  • 16-02-2021, 22:22


    Adətən köpün səbəbi qida olur. İnsan çoxlu miqdarda meyvə, tərəvəz, paxlalılar, şirniyyatlar yeyəndə köp yaranır.

    Həmçinin stress, seliakiya, qıcıqlanmış bağırsaq sindromu da köpə səbəb ola bilər.
    Lakin bəzən köp həzm və cinsiyyət sistemində (bu əsasən qadınlara aiddir) xərçəngin inkişafına işarə edə bilər. Bildiyimiz kimi, xərçəng uzun müddət ərzində özünü büruzə vermir. Bu səbəbdən orqanizmdə baş verən proseslərə ciddi yanaşmaq, istənilən dəyişiklik hiss etdikdə həkimə müraciət etmək lazımdır.

    Əgər insan tez-tez təkrarlanan köpdən əlavə özündə aşağıdakı simptomları hiss edirsə, vaxt itirmədən həkimə müraciət etməli və lazım olan müayinələrdən keçməlidir. Sizi bu simptomlarla tanış edirik:

    1. Səbəbsiz arıqlama.

    2. İshal və ya qəbizlik, tezləşmiş nəciz ifrazı, qəbizliklə ishalın növbələşməsi, nəcisin rənginin dəyişilməsi, nəcisdə qan.

    3. Keçməyən və heç nə ilə izah olunmayan yorğunluq.

    4. İştahanın azalması, qidanın az miqdarda qəbulundan sonra ağırlıq və toxluq hissi.

    5. Köplə yanaşı qarın nahiyəsində ağrılar.

    Saglamolun.Az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR