AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mədət Quliyev idman ulduzu ilə veloyürüşdə – VİDEO

  • + A
  • - A
  • 18-07-2017, 11:16

    Mədət Quliyev idman ulduzu ilə veloyürüşdə – VİDEO













    Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Milli qəhrəman Mədət Quliyev peşəkar velosipedçilərlə veloyürüşdə iştirak edib.

    azadmedia.az baku.ws-yə istinadən xəbər verir ki, təxminən 30-dan çox velosipedçinin qatıldığı veloyürüşdə Mədət Quliyevlə yanaşı, Azərbaycanın legioner idmançısı Maksim Averin də iştirak edib.

    “Azərbaycan idmanının ulduzu Maksim Averin və Azərbaycanın Milli qəhrəmanı Mədət Quliyev velosipedlə yola çıxıb”, - deyə idmana böyük marağı ilə tez-tez gündəmə gələn DTX rəisi bildirib.

    Qeyd edək ki, Maksim Averin Ukrayna əsilli azərbaycanlı şose velosipedçisi, “Synergy Baku Cycling Project” komandasının üzvüdür. O, Azərbaycanı 2015-ci ildə I Avropa Oyunlarında və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.
    [center]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR