AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təbii su hövzələrinə balıq körpələri buraxılacaq

  • + A
  • - A
  • 8-09-2021, 14:24


    Balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi, populyasiyasının artırılması, ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi
    məqsədilə 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində müxtəlif növ balıq körpələri təbii su hövzələrinə buraxılacaq. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

    O qeyd edib ki, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kür çayına, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına balıqartırma müəssisələrində yetişdirilən nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur körpələrinin buraxılması planlaşdırılır.

    “Biz bütün balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq”.

    Xidmət rəsmisinin sözlərinə görə, balıq körpələrinin təbii su hövzələrinə buraxılışı oktyabrın sonunadək davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR