Bloger Rauf Alagözov sosial şəbəkələrdə sürücülük vəsiqəsinin verilməsi zamanı bürokratik əngəllərin aradan qaldırılması üçün imtahanların Dövlət İmtahan Mərkəzinə verilməsini təklif edib. Rəylərdən görünür ki, bu qərarı dəstəkləyən kifayət qədər vəsiqəyə sahib olmaq istəyən vətəndaş var.
Sürücülük vəsiqələrinin alınması üçün imtahan DİM tərəfindən götürülə bilərmi?
Azadmedia.az bu sualla DİM-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Xanlar Xanlarzadəyə müraciət etdi.
DİM sözçüsü bildirdi ki, bu kimi məsələlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Ona görə də bu indiki halda müzakirə mövzusu deyil.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.