AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda yeni medal təsis olunur — FOTO

  • + A
  • - A
  • 15-10-2017, 11:40

    Azərbaycanda yeni medal təsis olunur — FOTO














    Azərbaycanda yeni medal təsis olunur.

    AZTB.info Trend-ə istinadən bildirir ki, "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.

    Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif ediləcək.
    "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır.

    Medal naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülüb, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.

    Qanun layihəsi baxılması üçün Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasına tövsiyə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR