AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Planların gerçəkləşməsi qətiyyət və inadınızdan asılıdır — Günün ulduz falı

  • + A
  • - A
  • 15-06-2018, 09:33

    Planların gerçəkləşməsi qətiyyət və inadınızdan asılıdır — Günün ulduz falı















    Qoç - yaxın ətrafınızdakı insanlar sizdən diqqət və səlislik gözləyirlər. Ehtiyatlı olun. Risk və qorxu istisna deyil. Ciddi itkilərdən yan qaça biləcəksiniz, amma məqsədə çatmaqla bağlı problemlər yarana bilər.

    Günün ikinci yarısında ciddi insanın məsləhətinə və köməyinə ehtiyacınız olacaq.
    Münasibətlərdə və təmaslarda ehtiyatlı, səlis olun. Bədxahlarınız yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışa bilərlər.

    Gizli saxlamağa çalışdığınız məlumat, yaxud da informasiya faş ola bilər.

    Buğa - ətrafda nələrin baş verməsindən asılı olmayaraq təmkinli və səbrli olun. Başqalarının, daha emosional və təmkinsiz insanların qarşılaşdıqları insanların problemlərini bu minvalla dəf edə bilərsiniz.

    Yaxın saydığınız insanlarla ünsiyyət sizə rahatlıq, sakitlik bəxş edəcək.
    Qısamüddətli, amma yorucu olmayan səfərə çıxa bilərsiniz.

    Bu gün yaşam tonusu aşağıdır. Axşam saatlarında özünüzü yorğun hiss edəcəksiniz.
    Alış-veriş üçün əlverişli gündür.

    Əkizlər - yeni ideyalar və planlar sarıdan şikayətçi olmayacaqsınız. Əfsuslar olsun ki, bu gün bütün ideyalarınz yaxşı deyil. Bəzən faydalı nə isə yox, özünüz və ətrafınız üçün problemlər yaradırsınız. Yaxşı ki, ətrafınızdakı insanlar əhvalınızın yaxşılaşmasına səbəb olacaqlar.

    Sevdikləriniz sizə yaxşı məsləhət verəcək, ailə üzvləriniz isə problemlərdən qorumağa çalışacaqlar.

    Qəm yeməyin, hər şey yaxşı olacaq.

    Dostlarla ünsiyyət və romantik görüş üçün əlverişli gündür. Fəqət, bu gün bağlı uzunmüddətli, ciddi planlar qurmayın. Səhvə yol verilməsi, məqsədlərin dəqiq müəyyənləşdirilməməsi ehtimalı az deyil.

    Xərçəng - bu gün təmas və ünsiyyətlər nə qədər çox olarsa, gün o qədər uğurlu keçəcək. İnsanaların gur olduğu yerdə vaxt keçirmək, diqqət cəlb etmək, bildiklərinizi bölüşmək və başqalarının problemlərini müzakirə etmək istəyəcəksiniz.

    İnsanlara yardım etmək, alicənab davranmaq, kimsənin xətrinə dəyməmək - bugünkü davranışınızdır.
    Yaxın ətrafınızla təmaslarda səmimi və gülərüz olun.

    Şəxsi münasibətlərdə yeni, başgicəlləndirci tanışlıq mümkündür.
    Adət və vərdişlərinizin bir qismini dəyişin, sizi sevən insanları heyrətləndirin. Ailə üzvləri ilə münasibətlər rəvan olacaq.

    İşlərdə səhvlərə yol verməməyə çalışın.

    Şir - tərəfdaş və müttəfiq, habelə həmfikir axtarmaq üçün əla gündür. Sizə ən çətin anlarda dayaq və dəstək ola biləcək insanlara güvənin.

    Yaradıcılıqla bağlı yeni perspektivlər, imkanlar yaranır.
    Bu gün alacağınız informasiya faydalı olacaq, işinizə yarayacaq.
    Yeni romantik təmasın və münasibətin başlanması mümkündür. Bəzi adamlarla fikir, maraq və həyat mövqelərinizin çox bənzədiyini anlayacaqsınız.

    Səfər, qəfil təklif, gözlənilməz dəvət mümkündür.
    Unutmayın ki, həyatda nə qədər çox şansınız yaranırsa, bir o qədər yaxşıdır.

    Qız - bu gün ciddi və pozitiv olun. Sizə əziz olan insanların problemlərinizi həll etməyə başlayacağını gözləməyin. Fəal, müstəqil olun, dəstək və təqdir, təşəkkür gözləməyin.

    Zəhmətkeş və diqqətli olun, əks təqdirdə çox mühüm məqamı buraxa bilərsiniz.
    Kiçik xərclər, məsrəflər, uğursuz alış-veriş mümkündür. Bu gün əsla geyim almayın.
    Ekstravaqant paltar alacağınız, sonra da bu paltarı aldığınıza heyfislənəcəyiniz istisna deyil.
    Əks cinsin mənsubları ilə münasibətlər əsəbi, gərgin olacaq.

    Tərəzi - bu gün bacarıq, bilik və imkanlarınızı tam miqyasda aşkarlaya, nümyiş etdirə biləcəksiniz. Başqalarının bacarmadıqları, yerinə yetirə bilmədikləri işin öhdəsindən gələcəksiniz.

    Çoxsaylı maneələri, sədləri asanlıqla dəf edəcıksiniz, çətinliklərdən keçəcəksiniz.
    Yaxın ətrafınızdakı insanların xətrinə sözlərinizlə dəyə bilərsiniz, amma onların incikliyi çox davam etməyəcək. Dəyişikliklər, cəsur ideyaların həyata keçirilməsinə hazırsınız.

    Dəyər verdiyiniz insanları düşünün, bu minvalla münaqişələrə yol verməyin.

    Əqrəb - ciddi və dərin hisslər, gərginliklər, problemlər istisna deyil. Hətta emosional şok da ola bilər. Halbuki situasiya soyuqqanlılıq və düşünülmüş həllər tələb edir. Təmkinli olun, problemləri həll etməyə çalışın. Nəticə əldə etməyə çalışın.

    Köhnə dostlar sizi təəssüfləndirə bilər. Yeni bədxahlarınızın peyda olması istisna deyil. Ehtiyatlı və diqqətli olsanız, problemlərin öhdəsindən gələ bilərsiniz.

    Oxatan - gün heç də yaxşı başlamayacaq. Əhvalınızı pozacaq xırdalıqlar ola bilər. Özünüzə inamı itirməyin, ruhdan düşməyin. Nəticələrlə bağlı tələskənliyə yol verməyin, situasiyanı dəqiq və hərtərəfli dəyərləndirin. Əks halda ciddi yanlışlıqlar və səhvlər ola bilər.

    Günün ikinci yarısından etibarən situasiya tədricən dəyişəcək, müsbət təmayüllər güclənəcək. Yeni ideyalar peyda olacaq və onları böyük istəklə gerçəkləşdirməyə başlayacaqsınız. Lakin yorula bilərsinz.

    Axşam saatlarını sakit istirahətə həsr edin.

    Oğlaq - asan gün deyil. Görüləsi işlər, həll ediləsi problemlər həddən ziyadə ola bilər. Ruhdan düşməyin. Maraqlı imkanları əldən buraxıb yanlış addım atmayın. İşdə rəhbərliklə ünsiyyətdə problemlər yarana bilər. Anlaşılmazlıq üçün ən xırda iş, kiçik məsələ yetərli olacaq.

    Fəqət, günün xoş yönləri də var. Şəxsi həyatda işləriniz qaydaya düşməyə başlayacaq, sevdiyiniz insanla aranızdakı anlaşılmazlıq aradan qalxacaq. Romantik görüş üçün əlverişli gündür.

    Yaşam potensialı yüksəkdir, xəstəlik və rahatsızlıqdan qorxmayın.

    Dolça - çətin və mürəkkəb gün olacaq. Qətiyyətli addımları təxirə salın, riskli planlardan imtina edin. Bəzən sizə elə gələcək ki, ətrafınızdakı adamlardan kimlərsə düzgün davranmır, sizi qəsdən qıcıqlandırmağa çalışır. Səbrli, təmkinli olun.

    Ailə qayğıları diqqət və qayğı tələb ediləcək. Evdəki problemlər bütün diqqəti işə yönəltməyə imkan verməyəcək.

    Yaxın insanların dəstəyinə ehtiyacınız var. Xoş sözlə yanaşı, maliyyə köməyi alsanız, pis olmaz. Planlaşdırılmamış xərclər etməyin - belə məsrəflərə haqq qazandırmaq çətin olacaq.

    Balıqlar - neytral gün olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün səy göstərmək gərəkdir. Planların gerçəkləşməsi qətiyyət və inadınızdan asılıdır.

    Yalnız qələbəyə can atın.
    Komplekslər və zəifliklərinizin öhdəsindən gəlməyə çalışın.

    Səhhətinizə diqqət yetirin. Bu gün yaşam tonusunuzun aşağı düşməsi, halsızlaşmaq ehtimalı var.
    Qadınlarla münaqişələr yarana bilər.

    Qohumlarla problemlər yaratmayın, çünki sonra barışmaq çətin olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR