AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu universitetdə dərslər sentyabrın 10-da başlayacaq

  • + A
  • - A
  • 8-09-2018, 11:33

    Bu universitetdə dərslər sentyabrın 10-da başlayacaq














    Sentyabrın 10-dan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız – Azərbaycan Universitetində (UFAZ) yeni tədris ili başlanacaq.

    ADNSU-dan Trend-ə verilən məlumata görə, bu addım akademik təqvimin Fransa təhsil sisteminə uyğunlaşdırılması və təhsil müəssisəsində iş rejiminin tənzimlənməsi məqsədilə atılıb.

    Hazırda UFAZ-da 30-a yaxın professor-müəllim heyəti çalışır və 410 tələbə təhsil alır. Yeni tədris ilindən etibarən UFAZ-ın Fransadan dəvət olunmuş, daimi olaraq Bakıda işləyəcək müəllimi Loic Cellier universitetin dörd ixtisası üzrə (Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Geofizika mühəndisliyi və Kompüter elmləri) tələbələrə Rriyaziyyat və Kompüter elmləri fənlərini tədris edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR