AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı aktyor beyin insultu keçirdi – Həkimlər 72 saat vaxt qoyub

  • + A
  • - A
  • 20-08-2019, 09:48

    Azərbaycanlı aktyor beyin insultu keçirdi – Həkimlər 72 saat vaxt qoyub

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhətində problem yaranıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, beyin insultu keçirib. Aktyor dərhal Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

    M. Qurbanovun qızı Aytən Qurbanovanın sözlərinə görə, həkimlər onun atasına 72 saat vaxt qoyublar.

    Qeyd edək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar “Qız qalası”, “Ərazi”, “Ayrılıq imiş”, “Axırıncı yol”, “Son nəfəsədək” və s. filmlərdə rol alıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR