AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SON DƏQİQƏ!Azərbaycan xalqına ağır itki baş verdi: Görkəmli şəxs vəfat etdi

  • + A
  • - A
  • 23-12-2020, 18:47

    Azərbaycanın elmi-pedaqoji ictimaiyyətinə ağır itki üz verib.

    Oxu24.com xəbər verir ki, tanınmış alim, pedaqoq Tariyel Ağa Əli oğlu Bədəlov 83 yaşında vəfat edib.

    Müəllim ailəsində göz açan, hələ orta məktəbdə oxuduğu illərdə təhsildə xüsusilə fərqlənmiş Tariyel Bədəlov Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra həyatını elmi-pedaqoji fəaliyyətə həsr edib. Moskvada SSRİ Elmlər Akademiyasının Kibernetika Elmi Tədqiqat İnstitutunun aspiranturasını bitirərək elmlər namizədi alimlik dərəcəsi alıb. Yorulmaz zəhməti və gərgin elmi axtarışları ilə ən müasir elm sahəsi olan texniki kibernetikanın respublikamızda əsasının qoyulmasında fəal iştirak edib. Uzun illər bu istiqamət üzrə səmərəli elmi-tədqiqat işi aparmaqla bərabər, həm də Azərbaycan Memarlıq və İnşaat Universitetində mütəxəssis hazırlığı sahəsində məhsuldar fəaliyyət göstərib.

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yarandığı gündən Tariyel Bədəlovun fəaliyyəti bu təşkilatla bağlıdır. O, 28 il yorulmadan öz enerjisini Komissiyada qəbul imtahanlarının məzmunu və metodiki tərəflərinin işlənməsinə, qəbulun nəticələrinin araşdırılmasına, biliyin qiymətləndirilməsi işinin təkmilləşdirilməsinə sərf edib.

    Onun dövlət qulluğunda səmərəli fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizin ali mükafatlarından olan "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR