AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aydan Aydan yeni şeir: "Niyə ömrüm axşamdı?"

  • + A
  • - A
  • 2-03-2021, 21:14


    ...Səsi, ünü yamyaşıl
    qucaqlar bilir eşqi.
    ...oda, külə yalvaran
    ocaqlar bilir eşqi.

    ...gözlərimdə yel, yelkən,
    qanadları sağ ikən,
    göz yaşım məktub ikən,
    uzaqlar bilir eşqi.

    Ovcuna aldığın
    üzünü kim oxşadı?..
    ...Adımda səhər açar,
    niyə ömrüm axşamdı?
    Ozanlar bilir eşqi...

    O yolları ahıl, mənəm,
    dilində lal nağıl, mənəm.
    Çağır, yarpaqları çağır!
    Bilmə, çağırdığın mənəm...
    Susanlar bilir eşqi.

    Aydan Ay


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR