AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İşərişəhər” DTMQİ "31 mart – terror və soyqırım” adlı elmi-praktik konfrans keçirilib

  • + A
  • - A
  • 31-03-2021, 20:21


    "İçərişəhər" DTMQİ 31 mart 2021-ci il tarixidə “Zoom” proqramı vasitəsilə “31 mart – terror və soyqırım” adlı elmi-praktik konfrans təşkil olundu. Filologiya üzrə fəlsəfə doktoru İ.Musayevanın moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi .Daha sonra “İçərişəhər” Muzey Mərkəzinin elmi katibi Səadət Ələkbərova “Erməni xisləti, xəbis planları tarixi faktlarda”, “İçərişəhər” Muzey Mərkəzinin Foto-mərkəz şöbəsinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Günay Həsənova “Mart soyqırımı zamanı İçəri şəhər” adlı məruzələrlə sıxış etdilər. Konfransda “31 mart soyqırımı AXC mətbuatında”, “Əsrlərlə Azərbaycan xalqının başına gələn soyqırımların ekran təcəssümü”, “Əhməd bəy Ağaoğlu erməni soyqırımları haqqında”, “1918-ci ildə Bakıda ermənilərin törətdikləri qırğınlar”, “Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı soyqırımlar”, “31 mart – azərbaycanlıların soyqırımı günü” adlı məruzələr dinlənildi. Sonda 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film təqdim edildi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR