AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Səfirliyində "Qarabağ şəhidləri və Qarabağ zəfəri" adlı mükafatlandırma tədbiri

  • + A
  • - A
  • 30-05-2021, 18:00

    Türkiyə Səfirliyində "Qarabağ şəhidləri və Qarabağ zəfəri" adlı mükafatlandırma tədbiri

    Qarabağ mövzusunda şagirdlər arasında şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı

    Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin himayəsində Bakı Təhsil Müşavirliyi/TİKA-nın birgə əməkdaşlığı ilə Bakı Anadolu Türk liseyinin təşkilatçılığı ilə şagirdlər arasında şeir müsabiqəsi keçirilib.

    Baki-xeber.com-un xəbərinə görə, Qarabağ Şəhidləri və Qarabağ Zəfərinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılması törəni Türkiyə Səfirliyində açıq havada möhtəşəm mərasimlə baş tutub. Qaliblərə qiymətli hədiyyələr təqdim olunub.

    Mərasimdə, eyni zamanda, Yunus Emrenin qiymətli kəlamlarının əks olunduğu tabloların sərgisi də təşkil olunub və mərasim iştirakçılarının böyük diqqətinə səbəb olub.

    Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı, Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Təhsil nazirinin müavini Muxtar Məmmədov, Türkiyədən gəlmiş böyük bir nümayəndə heyəti, Azərbaycanın tanınan ziyalıları və şeirləri qiymətləndirən AYB üzvləri iştirak edib.

    Sayğı duruşu və milli marşlarla açılan tədbirdə öncə TİKA Bakı Koordinatoru Teoman Tiryaki çıxış edərək qalibləri təbrik edib. Ardınca Kənan Bayramlının Bayatı Şiraz muğamı ilə tədbirin bədii hissəsi başlayıb. Tədbirdə ilk üçlüyə daxil olan şeirlər müəllifləri tərəfindən ifa edilib. Ardınca isə möhtəşəm Mehtər Takımının Türkiyə və Azərbaycan bayraqlarının səhnəyə gətirilməsilə möhtəşəm ifasi qəlbləri riqqətə gətirib.

    Sonda səfir Cahid Bağcı çıxış edərək, Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərilə bağlı təbriklərini çatdırıb və balaca şairlərə daha böyük uğurlar arzulayıb.

    Qeyd edək ki, müsabiqə 20 yanvar 2021-ci il tarixində elan edilib. Şagirdlərin yazdığı şeirlər 15 aprel 2021-ci il tarixədək qəbul olunub. Müsabiqəyə Azərbaycanda Səfirliyin Təhsil Müşavirliyinin internet ünvanı vasitəsilə “onlayn” və e-mail yolu ilə 659 şeir təqdim olunub.

    Toplanan şeirlər AYB üzvləri, Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri, Bakı Türk Anadolu Liseyi və Atatürk Liseyi ədəbiyyat müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticədə 120 şeir final mərhələsində ən yüksək qiymət alan ilk  şeir müsabiqənin qalibi olaraq seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR