Bakı, 5 yanvar: “CinemaPlus” kinoteatrlar şəbəkəsində yanvarın 5-dən etibarən uşaqların maraqla izlədiyi “Rafadan Tayfa Qalaktik Tayfa” üçüncü türk cizgi filminin nümayişi başlayır.
Cizgi filminin rejissoru İsmail Fidan izah edib ki, bu “Rafadan Tayfa”nın ən böyük macərasıdır və bütün zamanların animasiya kateqoriyasında yerli və xarici rekordların sahibidir. Demək olar ki, bu, balaca dostlar üçün sürprizlərlə dolu ən gülməli və ən həyəcanlı filmdir.
Baş rolları aktyorlar Levent Kol, Emine Sergen, Yagmur Sergen və Şirin Giobbi səsləndiriblər.
Film haqqında qısa məlumat:Astronomiya dərnəyinin ən parlaq üzvlərindən biri olan Akın orbitimizə yaxınlaşan kosmik gəmini kəşf edir və bir anda dünyanın gündəminə düşür. Kosmik gəmilə bağlı bir çox xəbərlər dərc edilərkən, çoxsaylı nəzəriyyələr irəli sürülərkən, kəşfin edilməsində kiçik rolu olan Hayri də bir az şöhrət qazanır. Hayrinin qəzetlərdə dərc olunan fotoşəkilləri gözlənilməz bir nəfərin diqqətini çəkir- gəminin əsl sahibinin, yəni yadplanetlinin... Bu sirli, lakin sevimli yadplanetli Hayrini tapıb, ona kömək etməyə razı salmalıdır. O, öz yeni dostunu tapmaq üçün yola düşərkən, niyyətləri yaxşı olmayan bir qrup insan tərəfindən izlənildiyindən xəbərsizdir.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
https://www.youtube.com/watch?v=6A7xklpV6Zk
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.