İcra başçısından türkiyəli müğənniyə torpaq hədiyyəsi

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi verəcək.“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.
Müğənni icra başçısının ona söz verdiyini qeyd edib: “Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.