AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Payız sessiyasında Milli Məclisdə hansı məsələlər müzakirə ediləcək? – YENİ QANUNLAR

  • + A
  • - A
  • 3-09-2021, 19:20


    Milli Məclisin (MM) deputatları hər il olduğu kimi avqustun 31-də tətildən qayıdıblar.
    Parlamentin payız sessiyasında komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq. Milli Məclisin payız sessiyasının ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək. Payız sessiyası dekabrın 30-dək davam edəcək.

    Maraqlıdır, payız sessiyasında Milii Məclisdə ən avcib hansı qanun layihələri müzakirə olunacaq?
    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili Bizim.Media-ya açıqlamasında bildirib ki, 2022-ci il payız sessiyasında bir-neçə məsələ Milli Məclisdə müzakirə olunacaq.

    “Payız sessiyasında Dövlət büdcəsi haqqında”, “Lombardlar haqqında” qanun layihələri , “Ələt Azad iqtisadi Zona” haqqında qanuna dəyişikliyin, “Vergilər Məcəlləsinə” dəyişikliyin (kitab məhsullarının vergilərdən və gömrük rüsumlarından azad edilməsi) və s. məsələlərin müzakirə edilib qəbul edilməsi planlaşdırılır”.

    Bundan əlavə plenar iclasda səhiyyə, mədəniyyət və digər sahələr üzrə də müzakirələr davam edəcək.

    Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar iyul ayının 15-dən avqust 30-dək məzuniyyətdə sayılırlar. Lakin bu il parlamentdə bir neçə növbədənkənar iclaslar da baş tutub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR